Naxçıvanda qəzalı vəziyyətdə məktəb binası aşkarlanıb

Naxçıvanda qəzalı vəziyyətdə məktəb binası aşkarlanıb Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində Naxçıvanda daha bir məktəbin qəzalı vəziyyətdə olduğu aşkarlanıb.
Elm və təhsil
5 Sentyabr , 2023 00:56
Naxçıvanda qəzalı vəziyyətdə məktəb binası aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində Naxçıvanda daha bir məktəbin qəzalı vəziyyətdə olduğu aşkarlanıb.

“Report”un yerli bürosunun xəbərinə görə, mütəxəssislər tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin binası standartlara uyğun tikilməyib. Belə ki, 2007-ci ildə istifadəyə verilən binanın ikinci mərtəbəsində döşəmənin mövcud yükgötürmə potensialı standartdan dəfələrlə aşağıdır. Bunun da nəticəsində şagirdlərin hərəkəti zamanı həmin ərazidə silkələnmə baş verir. Bu isə ikinci mərtəbəsini məktəbin foyesinə çökmə təhlükəsi ilə üz-üzə qoyub. Bu səbəbdən hazırda binada metal-konstruksiya işləri aparılır, mövcud çatışmazlıq aradan qaldırılır.

Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov bildirib ki, məktəbin binası zirzəmi ilə birlikdə dörd mərtəbəlidir və 2007-ci ildə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onun sifarişi əsasında “Gəmiqaya” holding şirkəti tərəfindən inşa olunaraq istifadəyə verilib.

FHN-in Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində məktəbdə bərpa gücləndirmə işlərinin aparılması qərara alınıb. Hazırda məktəbdə bərpa gücləndirmə işləri aparılır. Bərpa gücləndirmə işlərinin sentyabrın 15-dək başa çatması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi