Azərbaycan Xəzərin Su Bioresursları Komissiyasına sədrlik edəcək

ASK
  • 05 noyabr, 2026
  • 13:34
Azərbaycan Xəzərin Su Bioresursları Komissiyasına sədrlik edəcək

Xəzərin Su Bioresursları Komissiyasına sədrlik Azərbaycana keçəcək.

"Report" xəbər verir ki, bunu Türkmənistanın Xəzər dənizi İnstitutunun müdiri Murad Atacanov I Akvakultura Forumu çərçivəsində panel müzakirələrində deyib.

O xatırladıb ki, Türkmənistan 2025–2026-cı illərdə komissiyaya sədrlik edir: "Növbəti, X iclası dekabrda keçirməyi planlaşdırırıq. Gələn il yanvarın 1-dən sədrlik Azərbaycana keçəcək. Bu, Azərbaycandan olan həmkarlarımız üçün 2027–2028-ci illərdə sədrlik dövründə akvakulturanın regional gündəminin daha da irəliləməsi üçün yaxşı imkanlar açacaq".

Xatırladaq ki, bu komissiya 1992-ci ildə 4 Xəzəryanı ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən təsis edilib. 2002-ci ildə İran bu komissiyaya qoşulub.

44 filmi