Mikayıl Cabbarov: "Bakıda keçiriləcək olimpiadada Ermənistanın iştirak etməsinə dair müraciət daxil olmayıb"
- 05 may, 2015
- 07:54
Bakı. 5 may. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov iyulda Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında Ermənistan nümayəndə heyətinin iştirak edib-etməyəcəyinə aydınlıq gətirib. "Report" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Bakıda keçiriləcək olimpiada haqda verdiyi bəyanatla tanış deyil.
M.Cabbarov bildirib ki, Təşkilat Komitəsindən Ermənistanın olimpiadada iştirak etməsinə dair müraciət daxil olmayıb: "Bu barədə Təhsil Nazirliyində məlumat yoxdur. Məlumat olan kimi ictimaiyyətə əlavə informasiya veriləcək".
Qeyd eədk ki, Ermənistanın təhsil naziri onlara təklif gəldiyini və yalnız Azərbaycanın təhlükəsizliklərinə təminat verəcəyi halda Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəklərini deyib.