Martın 17-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsinə start veriləcək.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsindən ibarətdir.
Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında iki yaş qrupunda (9-13 yaş və 14-17 yaş) aşağıdakı nominasiyalar üzrə keçirilir:
- videoçarx nominasiyası;
- foto nominasiyası.
Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:
I mərhələ – 17 mart - 24 aprel tarixlərini əhatə edir. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlər, foto və videoçarxlar müsabiqənin təşkilat komitəsinin
II mərhələ – 5-15 may tarixlərini əhatə edir. Təqdim edilən işlər münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir.
Müsabiqədə hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlərin qalibi olmuş iştirakçılar Elm və Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri ilə təltif olunacaqlar.