Kəsiri olan tələbə hansı halda təqaüd ala biləcək?

Kəsiri olan tələbə hansı halda təqaüd ala biləcək? Əgər yay imtahan sessiyasında tələbənin 3 fəndən kəsiri yaranarsa, ona yenidən imtahan vermək şansı yaradılacaq. Tələbə senytabrın 15-nə kimi təkrar imtahan verməsə, yəni onun üçün yaradılan imkandan istifadə etməsə, o təqaüd ala bilməyəcək.
Elm və təhsil
20 May , 2020 13:11
Kəsiri olan tələbə hansı halda təqaüd ala biləcək?

"Əgər yay imtahan sessiyasında tələbənin 3 fəndən kəsiri yaranarsa, ona yenidən imtahan vermək şansı yaradılacaq. Tələbə senytabrın 15-nə kimi təkrar imtahan verməsə, yəni onun üçün yaradılan imkandan istifadə etməsə, o təqaüd ala bilməyəcək". 

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, sentyabrın 15-nə kimi kəsrlərini ödəyən tələbələr təqaüd almaq üçün müsabiqəyə qatıla biləcəklər: "Əvvəl belə şans verilmirdi. Lakin bu o demək deyil ki, kəsiri ödəyən bütün tələbələr təqaüd alacaq. Təqaüd almaq üçün müəyyən limit var”. 

Y.Ömərov bildirib ki, tələbələr əvvəllər maksimum iki fəndən təkar imtahan verə bilirdilər. Dəyişiklikdən sonra 3 və ya 4 fəndən kəsiri olan tələbələrə də təkrar imtahanda iştirak etmək şansı yaradılıb. 

Onun sözlərinə görə, həmçinin əvvəlki kurslardan da kəsirləri olanlar iki fəndən təkrar imtahan verə biləcək: “Cari ildə yaranan kəsirlərə görə tələbənin ödənişsiz təkrar imtahanlarda iştirak etmək hüququ var. Əgər kimsə imtahana hazır olmadığını hiss edirsə, onların müraciəti əsasında iki-üç həftəlik icmal dəsrləri təşkil edilə bilər. Bunun üçün universitetə müraciət etmək mümkündür”.

Son xəbərlər

Orphus sistemi