İncəsənət Gimnaziyasının növbəti tədris ilinədək istifadəyə verilməsi nəzərdə tutulur

Elm və təhsil
  • 11 dekabr, 2025
  • 14:12
İncəsənət Gimnaziyasının növbəti tədris ilinədək istifadəyə verilməsi nəzərdə tutulur

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının növbəti tədris ilinədək istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir: "Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur".

Qeyd edək ki, sosial şəbəkələrdə gimnaziyanın uzun müddətdir təmirə bağlanması valideynlərin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, sentyabr ayında təmir yekunlaşacağı deyilsə də, proses tamamlanmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti