İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanları izləyiblər

Elm və təhsil
  • 13 iyul, 2023
  • 07:47
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanları izləyiblər

İctimaiyyət nümayəndələri 263 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin bu gün keçirilən test imtahanları mərhələsini izləyiblər.

"Report" xəbər verir ki, bunun üçün təşkil olunan mediaturda Milli Məclisin deputatları, elm və təhsil nazirinin müavini Həsən Həsənli və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bugünkü imtahanlara ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub.

Test imtahanları 11-15 iyul tarixlərini əhatə edir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.