DYP: "Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb"

DYP: "Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb" Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb.
Elm və təhsil
14 İyun , 2023 18:39
DYP: Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb

Bakıda “Son zəng” tədbirləri ilə bağlı məzunlar arasında inzibati xəta aşkar olunmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, "Son zəng"lə əlaqədar paytaxt ərazisində ümumtəhsil məktəblərinin ətrafında həm ərazi aidiyyəti üzrə, həmdə yol patrul xidməti əməkdaşları tərəfindən gücləndirilmiş qaydada xidmət təşkil olunub: "Paytaxt ərazisində “Son zəng” tədbiri ilə əlaqədar məzunlar arasında ictimai qayda pozuntusu və yol hərəkəti qaydaları əleyhinə inzibati xəta aşkar olunmayıb. Öncədən xəbərdaredici çağırışlarımıza məsuliyyətli münasibət sərgiləyən bütün vətəndaşlarımıza təşəkkür edir, gənclərimizə isə gələcək həyatlarında uğurlar arzu edirik! Yolunuz açıq olsun!"

Son xəbərlər

Orphus sistemi