Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində qazax və özbək həmkarları ilə görüşüb

Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində qazax və özbək həmkarları ilə görüşüb Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.
Elm və təhsil
8 May , 2023 18:45
Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində qazax və özbək həmkarları ilə görüşüb

Dünya Təhsil Forumunda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Nurbek Sayasat və Özbəkistan Respublikasının məktəbəqədər və ümumtəhsil naziri Xilola Umarova ilə görüşüb.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Dünya Təhsil Forumunda ölkəmizi elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində Emin Əmrullayevin “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyada çıxışı nəzərdə tutulur.

Bununla yanaşı, elm və təhsil nazirinin iştirakı ilə ikitərəfli işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi