DİM: "Dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul imtahanı keçiriləcək"
DİM: "Dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul imtahanı keçiriləcək"Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 sentyabr 2023-cü il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.
Bildirlib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 17 avqust saat 15:00-dan 14 sentyabr saat 11:00-dək aparılacaq: "İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metro stansiyasının yanı).
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz.