Bakıda koronavirusa görə bağlanan məktəb və liseydə əyani dərslər bərpa olunub

Bakıda koronavirusa görə bağlanan məktəb və liseydə əyani dərslər bərpa olunub Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Elm və təhsil
29 Noyabr , 2021 09:59
Bakıda koronavirusa görə bağlanan məktəb və liseydə əyani dərslər bərpa olunub
0 : 00
0 : 00

Bakıda yerləşən 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

09:20

Koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub.

"Report" xəbər verir ki, Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilir.

Qərar Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında qəbul olunub.

Xatırladaq ki, Bakı Avropa Liseyində 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı. Bu səbəbdən lisey noyabrın 12-dən distant tədrisə keçmişdi.

Son xəbərlər

Orphus sistemi