Bu gün MİQ üzrə sonuncu imtahanlar keçirilir - YENİLƏNİB

Bu gün MİQ üzrə sonuncu imtahanlar keçirilir - YENİLƏNİB Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.
Elm və təhsil
15 İyul , 2023 11:00
Bu gün MİQ üzrə sonuncu imtahanlar keçirilir - YENİLƏNİB

İyulun 15-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına biologiya üzrə 2 121, texnologiya üzrə 2 576, alman dili üzrə 193, rus dili üzrə 886, rus dili və ədəbiyyat fənni üzrə isə 336 namizəd dəvət olunub.

Bu barədə "Report"a Təhsil Nazirliyindən bildirilib.

Müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsində əsas məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Qeyd edək ki, cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.

İyulun 11-dən start verilən imtahanların bu gün sonuncu günüdür. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

07:00

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

"Report" xəbər verir ki, imtahanlara texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə namizədlər dəvət olunub.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Xatırladaq ki, riyaziyyat fənni üzrə 4 400, fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd, tarix və coğrafiya fənləri üzrə 6 353, informatika, fizika və fransız dili fənləri üzrə 6 627, ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255, Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd imtahanlarda iştirak edib.

Son xəbərlər

Orphus sistemi