BŞTİ: "Bakıdakı məktəb və bağçalarda istilik problemi yoxdur"

BŞTİ: "Bakıdakı məktəb və bağçalarda istilik problemi yoxdur" "Hazırda Bakıdakı təhsil müəssisələrində istilik təminatı ilə bağlı ciddi problem yoxdur".
Elm və təhsil
16 Yanvar , 2024 10:24
BŞTİ: Bakıdakı məktəb və bağçalarda istilik problemi yoxdur

"Hazırda Bakıdakı təhsil müəssisələrində istilik təminatı ilə bağlı ciddi problem yoxdur".

"Report" xəbər verir ki, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov jurnalistlərə açıqlamasında deyib.

"Ümumilikdə, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 248-i mərkəzi qaydada, digər 428 isə fərdi qazanxana və qurğularla istiliklə təmin edilib", - sektor müdiri əlavə edib.

S.Mahmudov Bakı şəhərindəki təhsil müəssisələrinin istiliklə təchiz edilməsi məsələsinin havaların soyuması ilə daha da aktuallaşdığını və məktəblərin istiliklə təminatına diqqətin artırıldığını bildirib: "İstiliklə təminat məsələsində qarşıya çıxan məsələlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülüb, hər il olduğu kimi bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlər aparılıb".

O, monitorinqlər nəticəsində problemlər aşkar olunan məktəb və bağçalarda təmir-bərpa işləri aparıldığını, gündəlik yarana bilən zəruri ehtiyacların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlər görüldüyünü, təhsilin fasiləsizliyinə və səmərəli tədris mühitinin təmin olunmasına xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi