“Yüksəliş” kvizi - qış mövsümü: Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib.
"Report" xəbər verir ki, müsabiqədə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparıb, sonda qaliblərin adları açıqlanıb.
Gərgin və maraqlı mübarizənin nəticəsində birinci yerə “White Walkers” komandası layiq görülüb. İkinci yerin qalibi “NeveRest”, üçüncü yerin sahibi isə “Se7en” komandaları olub.
“Yüksəliş” kvizi - qış mövsümü: Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilir.
"Report" xəbər verir ki, "Yüksəliş" müsabiqəsi çərçivəsində keçirilən yarış müsabiqənin qalibləri, finalçıları və yarımfinalçıları arasında baş tutub.
Tədbirin açılış mərasimində Ulu Öndərin xatirəsi birdəqiqəlik sükutla yad edilib və onunla bağlı qısa videoçarx nümayiş olunub.
Müsabiqədə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi artıq dördüncü dəfədir qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual yarış keçirdir. Bu ilin payız mövsümündə baş tutan “Azərbaycanın Yüksəlişi” intellektual kvizi Dövlət Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, ötən il baş tutan yarış isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar. Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Prezident İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq sərəncam imzalayıb.
FOTO: Samirə Həsənova