Bakıda DAAD-ın yeni bürosu açılıb

Bakıda DAAD-ın yeni bürosu açılıb Bakıda DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) yeni bürosunun açılışı olub.
Elm və təhsil
11 Noyabr , 2021 12:55
Bakıda DAAD-ın yeni bürosu açılıb

Bakıda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) yeni bürosunun açılışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Dillər Universitetində (ADU) baş tutan açılış mərasimində Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və rektor Kamal Abdulla iştirak ediblər.

Almaniya səfiri Bakıda DAAD-ın ikinci bürosunun açılmasına çox şad olduğunu bildirib. Birinci bürosu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən DAAD-ın üçüncü bürosunun açılmasının planlaşdırıldığını tədbir iştirakçılarının diqqqətinə çatdırıb.

V.Maniq Avropanın bir çox hissələrində geniş istifadə edilən alman dilinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

DAAD-ın ADU universitetindəki metodisti olan Mariya-Ltsa Gezer 2018-ci ilin sentyabr ayından etibarən burada fəaliyyət göstərir.

O, Azərbaycanda “Alman Dili Müəllimləri” İctimai Birliyinin (ADMB) yaradılmasını dəstəkləyən şəxslərdən biri olub.

Qeyd edək ki, Alman Akademik Mübadilə Xidməti Azərbaycanda bir sıra layihələr icra edir. Məsələn, DAAD-ın yay kursu çərçivəsində 13 almaniyalı tələbə 2021-ci ilin sentyabr ayında 2 həftəlik Azərbaycanda olub.

Universitet həmçinin azərbaycanlı tələbələrin yay məktəbi çərçivəsində 4 həftəlik Almaniyaya səfərə getməsini təklif edir.

Son xəbərlər

Orphus sistemi