Azərbaycan və Ukrayna Təhsil Sənədlərinin və Elmi Adların Qarşılıqlı Tanıması və Ekvivalentliyi üzrə Birgə Ekspert Komissiyasının onlayn iclasını keçirmək barədə razılığa gəlib.
Bu barədə “Report”a Ukraynanın Təhsil və Elm Nazirliyindən bildiriblər.
“Tədbirin təşkili üçün hazırlıq gedir. Ötən il sentyabrın 24-də Ukraynanın təhsil və elm naziri Serhiy Şkarletin və Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın iştirakı ilə iki ölkənin təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığının problemli məsələlərini həll etmək üçün görüş baş tutub. Onlar Təhsil Sənədlərinin və Elmi Adların Qarşılıqlı Tanıması və Ekvivalentliyi üzrə Birgə Ekspert Komissiyasının onlayn iclasının keçirilməsi ilə bağlı razılaşıblar”, - nazirlikdən deyiblər.
Marina Qonçaruk