Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.
“Report” xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər.
AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib.
Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb.
Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub.
Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.
Qeyd edək ki, İ.Həbibbəyli 1949-cu ildə dünyaya gəlib. Oktyabrın 16-da onun 73 yaşı tamam olub.
Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istеfa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.
AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib, daha sonra qurumun prezidentinin seçilməsi üçün səsvermə başlayıb.
“Report” xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb.
Namizədlər arasında İsa Həbibbəyli tək olub. Hazırda səsvermə davam edir.
İclasda həmçinin AMEA-nın yeni nizamnaməsi də təsdiq olunub.