Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb
Elm və təhsil
- 23 avqust, 2024
- 13:04
Avqustun 28-i saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.
Nazirlikdən bildirilib ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Son xəbərlər
07:24
Yaponiyada 5,4 maqnitudada zəlzələ olub
Digər ölkələr06:51
Pentaqon Venesuela gəmilərinin ələ keçirilməsinə son qoymaq üçün şərtləri açıqlayıb
Digər ölkələr06:17
Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
Digər ölkələr05:42
ABŞ-nin Ədliyyə Nazirliyinin siyahılarından Epşteynin işi üzrə fayllar yoxa çıxıb
Digər ölkələr05:08
KİV: Ukrayna Rusiyanın neft tankerlərinin ovuna başlayıb
Digər ölkələr04:39
Mbappe Ronaldunun "Real"da bir ildəki qol rekordunu təkrarlayıb
Futbol04:17
İsrail hərbçiləri Əl-Kuneytrada dörd qəsəbəni radikallardan təmizləyiblər
Digər ölkələr03:56
"SpaceX" "Starlink" peyk qruplaşmasının orbitə yerləşdirilməsini dayandırıb
İKT03:28