"Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmalar var".
"Report" xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransının açılış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, radiasiya sahəsində fəaliyyət göstərən alim və mütəxəsislər tərəfindən gizli, ilk baxışdan nəzərə çarpmayan risklərin aşkarlanması, radiasiya təhlükəsizliyinin monitorinqinin aparılması, xəritələrin qurulması, müasir texnologiyaların köməyilə obyektiv reallığın ortaya qoyulması ölkəmizin radiasiya təhlükəsizliyinin tərkib hissəsi kimi əsas vəzifələrdəndir.