Türkiyəli nazir: "Havanın orta illik temperaturunun artması qida böhranlarına səbəb ola bilər"

Türkiyəli nazir: "Havanın orta illik temperaturunun artması qida böhranlarına səbəb ola bilər" "Havanın orta illik temperaturunun artması qida böhranlarına səbəb ola bilər"
Ekologiya
15 Noyabr , 2023 11:06
Türkiyəli nazir: Havanın orta illik temperaturunun artması qida böhranlarına səbəb ola bilər

"Havanın orta illik temperaturunun artması qida böhranlarına səbəb ola bilər"

"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda deyib.

O, son günlər dünyada iqlim dəyişikliklərinin fəsadlarının müşahidə edildiyini bildirib: “Elmi araşdırmalara görə, dünyada havanın orta illik temperaturu 1,1 dərəcə artıb. Əgər bu, temperatur 2 dərəcəyə yüksəlsə, qida böhranları, müharibələr yaşana bilər. İqlim dəyişikliyinin ən böyük səbəbi də sənayeləşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox çirkləndirən dövlətlər sırasında Hindistan, ABŞ kimi ölkələr var”.

Nazir həmçinin Azərbaycan və Türkiyənin gözəl coğrafiyada yerləşdiyini də vurğulayıb: "Türkiyə olaraq hər zaman istər siyasi, istər ekoloji, istər iqtisadi, istərsə də digər baxımdan qardaş ölkə Azərbaycanın yanında olacağımızı bildiririk".

Son xəbərlər

Orphus sistemi