“Təmiz Şəhər” ASC maraqlı şəxsləri və qurumları öz müəssisələrinə dəvət edib

“Təmiz Şəhər” ASC maraqlı şəxsləri və qurumları öz müəssisələrinə dəvət edib Keçən il ASC tərəfindən zavodlara 26 məlumat turu təşkil olunub
Ekologiya
12 Yanvar , 2015 13:48
“Təmiz Şəhər” ASC maraqlı şəxsləri və qurumları öz müəssisələrinə dəvət edib

Bakı. 12 yanvar. REPORT.AZ/ 2014-cü ildə “Təmiz Şəhər” ASC əhalini məlumatlandırmaq məqsədi ilə tabeliyindəki zavodlara 26 məlumat turu təşkil edib. Bu barədə “Report”a ASC-nin mətbuat xidmətindən bildirilib.

Turlar zamanı ümumilikdə 800-ə yaxın qonaq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub.

Məlumatlandırıcı səfərlərdə universitetlərin müəllim və tələbə kollektivləri, qeyri-hökumət təşkilatları nümayəndələri, media işçiləri və tullantıların çeşidlənməsi ilə maraqlanan digər şəxslər iştirak edib. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri qonaqlara zavodların fəaliyyəti barədə ətraflı məlumatlar verib, onlara informativ videolar və çap materialları göstərilib. İştirakçılara zavodların işi əyani olaraq nümayiş etdirilib.

“Təmiz Şəhər” ASC bu il də ekologiya və tullantıların idarəedilməsi sahəsində maraqlı şəxsləri və qurumları öz müəssisələrinə dəvət edir. ASC ictimaiyyəti maarifləndirmək məqsədi ilə məlumatlandırıcı turlar təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi