Şəmkirə yağan leysan yağışlar nəticəsində su kanalı daşıb, yaxınlıqdakı bir neçə evin həyətini su basıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Zəyəm qəsəbəsi və Yeni Həyat kəndindən keçən su kanalının daşması nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də zərər dəyib.
Zəyəmdə su evlərin zirzəmisinə də dolub. Əraziyə ağır texnikalar cəlb olunub.
Müvafiq qurumların əməkdaşları ərazidədir.
Bölgədə yağıntılı hava şəraiti davam edir.
Şəmkirə yağan güclü dolu bir sıra fəsadlar törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Seyfəli, Yeni Həyat, Çinarlı qəsəbəsi və digər kəndlərinə düşüb.
Nəticədə meyvə bağlarına, istixanalara və digər təsərrüfatlara zərər dəyib. Həmçinin külək nəticəsində bir neçə ağac aşıb.
Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Gədəbəy və Daşkəsən rayonlarına da dolu yağıb.
Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.