Azərbaycanın isti rayonlarında neçə nəfəri gün vurub? – ARAŞDIRMA

Azərbaycanın isti rayonlarında neçə nəfəri gün vurub? – ARAŞDIRMA Son günlər Azərbaycanın bir sıra rayonlarda güclü istilər müşahidə olunur.
Ekologiya
1673
6 İyul , 2021 11:43
Azərbaycanın isti rayonlarında neçə nəfəri gün vurub? – ARAŞDIRMA

Son günlər Azərbaycanın bir sıra rayonlarda güclü istilər müşahidə olunur. Ölkə üzrə hökm sürən isti hava şəraiti ilə bağlı artıq günvurma hadisələrinə də rast gəlinir.

"Report"un Muğan bürosu isti hava şəraitinin müşahidə olunduğu Cəlilabad və Biləsuvar rayonlarında günvurma hadisələri ilə bağlı araşdırma aparıb.

Havanın temperaturunun artması isə açıq hava şəraitində çalışan işçilərin sağlamlığını təhlükə altında qoyur. Elə buna görə də, ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) isti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib və havanın temperaturunun 41 dərəcə selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biri olduğu xatırladılıb.

Qeyd olunub ki, temperatur 41 dərəcədən artıq olduqda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından “Report”un Muğan bürosuna verilən məlumata görə, yay fəsli başlayandan bu günə qədər cəmi 1 nəfər günvurma ilə bağlı xəstəxanaya müraciət edib. Bildirilib ki, həmin xəstəyə lazımi tibbi yardım göstərilib və o, evə yazılıb.

Həmçinin qeyd olunub ki, isti havalarla bağlı ilanvurma ilə bağlı müraciət edən olmayıb.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasından isə “Report”un Muğan bürosuna verilən məlumata görə, yay fəsli daxil olandan bu günə qədər rayon ərazisində hələlik nə günvurma, nə də ilanvurma ilə bağlı xəstəxanaya müraciət edən olmayıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Bakıda isə iyunun 30-dan iyulun 5-dək 28 nəfəri gün vurub. Günvurma zamanı 6 nəfərə yerində yardım göstərilib. Onlardan 1-i uşaq olub. Eyni zamanda 3 nəfər hospitalizasiya olunub, uşaq hospitalizasiyası qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi