Qurumuş və təhlükə yaradan ağacların yerinə 1700-ə yaxın müxtəlif cinsli ağac əkilib

Qurumuş və təhlükə yaradan ağacların yerinə 1700-ə yaxın müxtəlif cinsli ağac əkilib Bakı. 5 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.
Ekologiya
5 Dekabr , 2018 15:38
Qurumuş və təhlükə yaradan ağacların yerinə 1700-ə yaxın müxtəlif cinsli ağac əkilib
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi üçün noyabrın 21-dən başlanan aksiyalar zamanı rayon icra hakimiyyətləri ilə birgə Azadlıq və Babək prospektlərində, H.Əliyev, M.Sənani, S.Vəzirov, Cavanşir, Salamzadə, Cavadxan, İ.Dadaşov, R.Rüstəmov, H.Zərdabi, Nizami, S.Cəfərov və A.İldırım küçələrində, Bakı-Qazax dairəvi yolunun yaxınlığında və Atçılıq kompleksinin ərazisində, ümumilikdə, 121 qurumuş və təhlükə yaradan ağac 1700-ə yaxın müxtəlif cinsli ağacla əvəzlənib.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər.

Son xəbərlər

Orphus sistemi