Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ekologiya
  • 10 oktyabr, 2016
  • 08:10
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. 

“Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 11-də yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-23, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.