İlqar Bayramlı: Peşə təhsili mərkəzlərində karyera məsləhəti mərkəzlərinin sayı artırılacaq

Elm və təhsil
  • 06 noyabr, 2026
  • 14:01
İlqar Bayramlı: Peşə təhsili mərkəzlərində karyera məsləhəti mərkəzlərinin sayı artırılacaq

Yaxın illərdə peşə təhsili mərkəzlərində mövcud olan 8 karyera məsləhəti mərkəzinin sayının artırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "PeşəFest 2026" layihəsinin yekun tədbirində media nümayəndələrinə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, "PeşəFest 2026" festivalı gənclərə və tələbələrə öz maraq dairələrini və qabiliyyətlərini daha dəqiq dərk etməyə, həmçinin fərqli peşə sahələri ilə birbaşa tanışlıq imkanı qazanmağa və karyeralarını məqsədyönlü formada qurmağa əhəmiyyətli dəstək göstərir:

"Bu, olduqca səmərəli bir platformadır. Dövlət peşə təhsili müəssisələri də bu cür tədbirlərdə fəal iştirak edir. Ölkə miqyasında təşkil olunan bu festivallarda ötən il 12, cari il isə 14 peşə təhsil müəssisəsi təmsil olunub. Bundan əlavə, peşə təhsili müəssisələrində peşəyönümlü fəaliyyətlər çərçivəsində müxtəlif infoturlar, açıq qapı günləri keçirilir. Həmçinin bu il peşə təhsilinə müraciət edən gənclərimizin karyera istiqamətində yönləndirilməsi məqsədilə bütün peşə təhsil müəssisələrində karyera məsləhəti mütəxəssisi çalışır. Qarşıdakı illərdə isə hazırda peşə təhsili mərkəzlərində fəaliyyət göstərən 8 peşə təhsili ilə bağlı karyera məsləhəti mərkəzinin sayını artırmağı düşünürük".

44 filmi