Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib

Qarabağ
  • 06 noyabr, 2026
  • 13:47
Laçında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Laçın rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində "Böyük qayıdışın Zəfər bayramı" adlı konsert proqramı təşkil olunub.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, zəfər gününə həsr edilən konsert proqramı, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin və "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ-nin təşkilatçılığı ilə keçirilib.

Konsert proqramından əvvəl tədbir iştirakçıları Laçın şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub. Məzarları üzərinə əklil və gül dəstələri qoyulub.

Bayram tədbiri "Lacinema" kino mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb.

Qeyd edilib ki, Zəfərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və milli qürur hissinin möhkəmləndirilməsində əhəmiyyəti olduqca böyükdür.

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

YENİLƏNİR

44 filmi