Havada toz dumanı müşahidə olunur
Ekologiya
- 15 iyul, 2022
- 09:12
Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub.
"Report" xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir: "Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır. Küləkli hava şəraiti günün sonunadək davam edəcək. İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir”.
Son xəbərlər
07:15
İran Yaponiya gəmilərinə güzəşt etmək edə bilər
Digər06:43
İrandakı vəziyyət aviaşirkətləri çökdürüb
Biznes06:11
ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir
Digər ölkələr05:50
Çin rəqəmsal yuan şəbəkəsini genişləndirir
Digər ölkələr05:25
Cənubi Koreyada zavodda baş verən yanğında 10 nəfər ölüb
Digər ölkələr05:13
"NBC News": Tramp ABŞ qoşunlarının İrana məhdud şəkildə yerləşdirilməsi məsələsini nəzərdən keçirir
Digər ölkələr04:46
Foto
Azərbaycan səfirliyində minaların qalıqlarından hazırlanan kürəklə ağ qızılgül əkilib
Xarici siyasət04:18
Bundesver hərbçilərinin həyatı ilə oynayır
Digər ölkələr03:45