Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb - FAKTİKİ HAVA Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb.
Ekologiya
10 Noyabr , 2023 14:09
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metrdir.

Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir. Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib.

Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb.

Son xəbərlər

Orphus sistemi