ETSN: Xəzərin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb - VİDEO

ETSN: Xəzərin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb - VİDEO Bakı. 24 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb.
Ekologiya
24 Sentyabr , 2018 13:14
ETSN: Xəzərin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb - VİDEO
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Xəzər dənizinin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov deyib.

Onun sözlərinə görə, bu təbii fəlakət Xəzərin Azərbaycan hissəsi üçün xarakterik deyil: "Ona görə xarakterik deyil deyirik ki, bu günə kimi müşahidə olunmayıb".

"Sosial şəbəkələrdə yayılan videonun Xəzər dənizində olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır" - deyə, direktor bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə azərbaycanlı tərəfindən çəkilmiş, tornadonun əks olunduğu video yayılıb. Sosial şəbəkə istifadəçiləri isə bu videonun Xəzər dənizinin Azərbaycan hissəsində çəkildiyini iddia edirlər.

Son xəbərlər

Orphus sistemi