ETSN: Ötən il qanunsuz balıq ovlayan 30 nəfər məsuliyyətə cəlb olunub

ETSN: Ötən il qanunsuz balıq ovlayan 30 nəfər məsuliyyətə cəlb olunub "Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər nazirliyə müraciət edib rəsmi icazə əsasında bu işlə məşğul ola bilərlər"
Ekologiya
11 Yanvar , 2016 12:02
ETSN: Ötən il qanunsuz balıq ovlayan 30 nəfər məsuliyyətə cəlb olunub

Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən il su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq 30 nəfər məsuliyyətə cəlb olunub. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin şöbə müdiri Qəhrəman Zahidli məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ildə qanunsuz balıq ovu ilə məşğul olanlar ümumilikdə 107 qanun pozuntusuna yol veriblər: "Qanun pozuntularının 22-si cinayət xarakterlidir".

Nazirlik rəsmisi deyib ki, qeyd olunan müddətdə qanun pozucularından 7 687 ədəd müxtəlif adda ov aləti və qanunsuz ovlanmış 899 ədəd müxtəlif növ balıq götürülüb: "Qanunsuz balıq ovu ilə məşğul olan şəxslərdən götürülən balıqlar nazirlik adından satış müəssisələrinə təhvil verilir, əldə olunan vəsaitlər dövlət büdcəsinə ödənilir".
Q.Zahidli qeyd edib ki, qanunsuz balıq ovladığına və ya balıq ovu qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilən qanun pozucularına qarşı balıq ehtiyatlarına vurduğu ziyana görə 58 531 manat məbləğində iddia qaldırılıb: "Həmin şəxslər tərəfindən 26 300 manat məbləğində cərimə ödənilib".

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balıqçılıqla məşğul olmağı özünə peşə seçən insanlar arasında daim maarifləndirmə işləri aparır: "Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər nazirliyə müraciət edib rəsmi icazə əsasında bu işlə məşğul ola bilərlər. Artıq qanuni əsaslarla balıq ovu ilə məşğul olanların sayı artıb".

Son xəbərlər

Orphus sistemi