Dünyada istixana qazı emissiyalarının 80 %-i 57 şirkətin payına düşür

Dünyada istixana qazı emissiyalarının 80 %-i 57 şirkətin payına düşür Neft, qaz, kömür və sement sektorlarında fəaliyyət göstərən 57 aparıcı şirkət bütün istixana qazı emissiyalarının, demək olar, 80 %-nin mənbələridir.
Ekologiya
4 Aprel , 2024 23:37
Dünyada istixana qazı emissiyalarının 80 %-i 57 şirkətin payına düşür

Neft, qaz, kömür və sement sektorlarında fəaliyyət göstərən 57 aparıcı şirkət bütün istixana qazı emissiyalarının, demək olar, 80 %-nin mənbələridir.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə “Carbon Majors”un araşdırmasının məlumatlarına əsaslanan yeni hesabatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu, qlobal iqlim böhranını sürətləndirdi. Araşdırmada vurğulanıb ki, karbon emissiyalarının azaldılması səylərini stimullaşdırmaq üçün nəzərdə tutulmuş Paris iqlim sazişinin bağlanmasına baxmayaraq, son 7 il ərzində bu şirkətlər arasında istehsal həcmlərində və müvafiq olaraq karbon dioksid emissiyalarında azalma deyil, əksinə artım müşahidə edilib. Hadisələrin bu cür inkişafı onların ətraf mühitə mənfi təsirinin kəskinləşməsinə səbəb olur.

Analitiklərin məlumatları göstərir ki, dünyada havanı ən böyük çirkləndirənlər sırasında olan dövlət müəssisələrinin 65 faizində və özəl müəssisələrin 55 faizində istehsal gücündə artım qeydə alınıb.

Qlobal səviyyənin 1,4 %-ni təşkil edən emissiyaların ən böyük həcmi Amerikanın “ExxonMobil” şirkətinin payına düşür. “Shell”, BP, “Chevron” və “TotalEnergies” qlobal karbon emissiyalarının təxminən 1 %-ni buraxır.

Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylər kontekstində ən narahatedici tendensiyalardan biri olan dövlət şirkətlərinin, xüsusən də Asiya regionunda emissiyaların sürətlə artmasına xüsusi diqqət çəkilir.

Son xəbərlər

Orphus sistemi