Yuxarı

Daşgil palçıq vulkanı ərazisində iməcilik keçirilib

Daşgil palçıq vulkanı ərazisində iməcilik keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllü gəncləri və Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu əməkdaşlarının iştirakı ilə Daşgil palçıq vulkanı ərazisində iməcilik keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Daşgil palçıq vulkanı ETSN-in Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu siyahısına daxil deyil və ərazi nəzarətdən kənarda qaldığı üçün müxtəlif növ tullantılarla çirklənməyə məruz qalır.

İməcilikdə palçıq vulkanının ərazisi müxtəlif növ tullantılardan təmizlənib, 500 kq-dan artıq plastik tullantı isə toplanaraq Qaradağ MKTB-nin Sanitar Təmizlik İdarəsinə təhvil verilib.

Nazirlik vətəndaşlara müraciət edir ki, Daşgil palçıq vulkanı ərazisini tullantılarla çirkləndirməsinlər, əraziyə gedərkən ətrafı təmiz saxlasınlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi