Beynəlxalq Hakimlər İttifaqının sədri: Ətraf mühitlə bağlı Avropa Məhkəməsi qərarlar qəbul etsə də, bəzi məsələləri cavablandırmaq lazımdır

Beynəlxalq Hakimlər İttifaqının sədri: Ətraf mühitlə bağlı Avropa Məhkəməsi qərarlar qəbul etsə də, bəzi məsələləri cavablandırmaq lazımdır Avropa İnsan Haqları Məhkəməsi Təmiz ətraf mühitlə bağlı bəzi qərarlar qəbul edib, lakin bəzi məsələlər var ki, onları cavablandırmaq vacibdir.
Ekologiya
6 Sentyabr , 2024 11:51
Beynəlxalq Hakimlər İttifaqının sədri: Ətraf mühitlə bağlı Avropa Məhkəməsi qərarlar qəbul etsə də, bəzi məsələləri cavablandırmaq lazımdır

Avropa İnsan Haqları Məhkəməsi təmiz ətraf mühitlə bağlı bəzi qərarlar qəbul edib, lakin bəzi məsələlər var ki, onları cavablandırmaq vacibdir.

Report" xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransda iştirak edən Beynəlxalq Hakimlər İttifaqının sədri Duro Sesso jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bugünkü konfrans çox vacib bir tədbirdir:

"Tədbirdə bütünlükdə hüquq sahəsi üçün yeni mövzu təklif olunub. Bu tədbirdə hüquq və təmiz ətraf mühit hüququnu necə birləşdirmək müzakirə olunub. İndiyə qədər bu məsələ ilə akademik ictimaiyyət məşğul olurdu. Amma artıq məhkəmələr də bu işlərlə məşğul olur. Biz tədbirdə ayrı-ayrı ölkələrdə təmiz ətraf mühit hüququnun necə təmin edilməsini müzakirə etdik. Demokratik dövlətlərdə bu məslərlə bağlı məhkəmələr qərar verir".

Onun sözlərinə görə, indiyə qədər müəyyən məhkəmə qararları qəbul olunub, onların əksəriyyəti Avropa İnsan Haqları Məhkəməsinə aiddir.

"Lakin bəzi məsələlər var ki, onları cavablandırmaq vacibdir. Əsas cavablandırılmalı sual odur ki, təmiz ətraf mühit beynəlxalq səviyyəli, yoxsa milli səviyyəli bir mövzudur", - o bildirib.

Son xəbərlər

Orphus sistemi