Gəncədə ekologiya ilə bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib - YENİLƏNİB-2

Gəncədə ekologiya ilə bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib - YENİLƏNİB-2 Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Ekologiya
16 Dekabr , 2023 11:50
Gəncədə ekologiya ilə bağlı beynəlxalq elmi-praktiki konfrans keçirilib - YENİLƏNİB-2

Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin rektoru, Gəncə Dövlət Universitetinin rektoru və bir sıra dövlət idarələrinin əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin qarşısında ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüblər. Kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlanmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçiriblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev haqqında qısa film izləndikdən sonra konfrans öz işinə başlayıb.

Konfransda ətraf mühitin qorunmasından, qlobal iqtisadi təhidlərdən danışılıb.

Konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciəti dinlənilib.

09:54

Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər, yeni çağırışlar, imkanlar və perspektivlər mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə şəhər icra hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, Belarus Dövlət İqtisad Universitetinin rektoru, Gəncə Dövlət Universitetinin rektoru və bir sıra dövlət idarələrinin əməkdaşları iştirak edirlər.

Konfrans iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzin önündə ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüblər. Kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlanmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçiriblər.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Heydər Əliyev haqqında qısa film izləndikdən sonra konfrans öz işinə başlayacaq.

Qeyd edək ki, konfrans başa çatdıqdan sonra ağacəkmə aksiyası və Göygöl Milli Parkı ərazisində yerləşən göllərə balıq buraxma mərasimi də keçiriləcək.

08:34

Bu gün Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər. Yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi