Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
Ekologiya
11 Noyabr , 2014 12:22
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Sabah - noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin “Report”a verdiyi məlumata görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran və Astara zonasında isə az yağış yağacağı ehtimalı var və şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi