Altıağac milli parkında “açıq qapı” günü keçiriləcək

Altıağac milli parkında “açıq qapı” günü keçiriləcək Altıağac milli parkının yaranması günü ilə əlaqədar avqustun 31-də parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.
Ekologiya
27 Avqust , 2019 17:18
Altıağac milli parkında “açıq qapı” günü keçiriləcək

Altıağac milli parkının yaranması günü ilə əlaqədar avqustun 31-də parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Bu barədə “Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlik vətəndaşları parka dəvət edib: “Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəsi milli parka dəvət edirik”

Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi