Zəlimxan Yaqubla vida mərasimi başlayıb

Zəlimxan Yaqubla vida mərasimi başlayıb Şair I Fəxri xiyabanda torpağa tapşırılacaq
Ədəbiyyat
11 Yanvar , 2016 11:38
Zəlimxan Yaqubla vida mərasimi başlayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıdakı “Təzəpir” məscidində Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubla vida mərasimi başlayıb.

“Report” xəbər verir ki, vida mərasimində Azərbaycanın tanınmış şair və yazıçıları, elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edir.

Şair I Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkirdi.

Zəlimxan Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Z.Yaqub 20-dən artıq şeir kitabının müəllifidir. Şairə həsr edilmiş bir neçə sənədli film çəkilib.!

Son xəbərlər

Orphus sistemi