Bakı. 27 noyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsinin növbəti təqdimatı keçiriləcək.
"Report" xəbər verir ki, noyabrın 27-də keçiriləcək təqdimat Günel Anarqızının yaradıcılıq gecəsinə həsr olunacaq.
Tədbirdə Nərgiz Cəlilova, Mehriban Zəki və Emil Əfrasiyab iştirak edəcək. Gecədə şeirlər səsləndiriləcək, musiqilər ifa ediləcək, həmçinin şairə tədbir iştirakçılarının suallarını cavablandıracaq.
Layihə Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin ədəbi inkişafın stimullaşdırılmasına yönəldilib.
Qeyd edək ki, bu, "Söz" ədəbi layihəsinin ikinci tədbiri olacaq.
Layihənin rəhbəri Nigar Həsənzadədir.