Miniatür kitab muzeyinin rəhbəri 83 yaşını qeyd edir

Miniatür kitab muzeyinin rəhbəri 83 yaşını qeyd edir Zərifə Salahova bütün ömrünü kitablara həsr edib
Ədəbiyyat
2 Fevral , 2015 10:14
Miniatür kitab muzeyinin rəhbəri 83 yaşını qeyd edir

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın görkəmli ictimai xadimi, Azərbaycan SSRİ basketbol yığmasının keçmiş oyunçusu, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahovanın ad günüdür.

"Report" xəbər verir ki, Zərifə Salahova 83 yaşını qeyd edir.

Zərifə Teymur qızı Salahova 1932-ci ildə Bakıda anadan olub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952-1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1956-1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib.

1981-1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.

1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. Zərifə Salahovanın yaratdığı Miniatür kitab muzeyi 2002-ci il aprelin 2-dən fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Zərifə Salahova "Şöhrət" ordeni ilə təltif edilib.

Zərifə Salahova Azərbaycanın görkəmli rəssamı, əsərləri bütün dünyada məşhur olan Tahir Salahovun bacısıdır.

Son xəbərlər

Orphus sistemi