Bakı. 21 may. REPORT.AZ/
"Report" xəbər verir ki, İKT ekspertləri Azərbaycanın 350 İnternet resursu arasından 30 saytı əsas mükafata namizəd olaraq müəyyənləşdirib.
NETTY Akademiyasının üzvlərinin yekun qərarı ilə nominant saytlar arasından qaliblər seçilib. AMEA H.Cavidin Ev Muzeyinin
Rəsmi mükafatlandırma mərasimində mükafatı-NETTY heykəlciyini muzeyin əməkdaşlarına təqdim edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bütün cavidsevərləri təbrik edib, qalib saytın gələcək inkişaf istiqamətləri ilə bağlı tövsiyələrini verib.
Qeyd edək ki, H.Cavidin Ev Muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutları arasında NETTY Milli İnternet Mükafatına layiq görülmüş ilk müəssisəsidir.