Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı İdman Sarayında keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Əlağa Vahid. Qəzəllər" kitabının təqdimatı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi Əlağa Vahidin Azərbaycan poeziyasının, xüsusilə qəzəl janrının inkişafındakı xidmətlərindən danışıb.
Qeyd edilib ki, Əlağa Vahid gənc yaşlarından poeziyaya maraq göstərib. Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində yaxından iştirak edib. Dövrünün görkəmli şairlərinin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı tənqid edib. Böyük qəzəlxan ehtiyac içində yaşayıb. Çox az təbliğ olunsa da, xalq onun əsərlərini sevib, bəstəkarlar qəzəllərinə musiqi yazıblar. Xanəndələr bu əsərləri, eləcə də muğamlarda Vahidin sözlərini sevə-sevə oxuyurlar.
Tədbirdə
Tədbirin bədii hissəsində əməkdar artist, xanəndə Firuz Səxavətin ifasında şairin qəzəlləri səsləndirilib.