Azərbaycan Londonda keçiriləcək kitab sərgisində təmsil olunacaq

Azərbaycan Londonda keçiriləcək kitab sərgisində təmsil olunacaq Sərgi 14-16 aprel tarixlərində keçiriləcək
Ədəbiyyat
5 Mart , 2015 17:40
Azərbaycan Londonda keçiriləcək kitab sərgisində təmsil olunacaq

Bakı. 5 mart. REPORT.AZ/ Aprelin 14-dən 16-dək Londonda Kitab Sərgisi keçiriləcək. "Report" xəbər verir ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi sərgidə iştirak edəcək.

Sərginin hazırlıq prosesində təşkilatçılarla danışıqlar aparılıb, milli stendi təşkil etmək məqsədilə sərgidə 40 kv.m-lik sahə icarəyə götürülüb, "Qız Qalası" formasında milli ekspozisiyanın qurulması başa çatdırılıb. 

Nümayəndə heyətinin tərkibində sərgiyə qatılacaq Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, "Hədəf", "Qələm" və "Altun Kitab" nəşriyyatları ilə danışıqlar aparılıb, iştirakla bağlı mümkün köməklik göstərilib.
Həmçinin sərgi zamanı nümayiş etdiriləcək nazirliyin dəstəyi ilə nəşr olunmuş Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa aid bir çox kitab və reklam çap məhsullarının siyahısı hazırlanıb.

Qeyd edək ki, tezliklə nəşr məhsulları Londona göndəriləcək. Azərbaycan bu sərgidə 7-ci dəfə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi