Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi Hüseyn Arifin 100 illik yubileyi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairinin büstü və Üzeyir Hacıbəyli küçəsində ev muzeyi ziyarət olunub.
Tədbir iştirakçıları Mərkəzin foyesində şairin həyatı və yaradıcılığı haqqında kitablar, seçilmiş əsərlərindən ibarət kitab və Ağstafa Dövlət Rəsm Qalereyasının təqdim etdiyi sərgilərə baxıblar.
Tədbirdə Hüseyn Arifin nəvəsi Günel Məmmədova bildirib ki, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və Azərbaycan milli ədəbiyyatına dəyərli töhfələr verib.
Sonra şarin həyat və yaradıcılığı barədə videoreportaj nümayiş etdirilib.