Lionel Messi Peleyə çatıb, Maldinini geridə qoyub

Lionel Messi Peleyə çatıb, Maldinini geridə qoyub Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleyə çatıb.
Dünya Çempionatı - 2022
18 Dekabr , 2022 19:44
Lionel Messi Peleyə çatıb, Maldinini geridə qoyub

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleyə çatıb.

"Report" xəbər verir ki, Qətərdəki mundialda Fransaya qarşı keçirdikləri final matçında penaltini dəqiq yerinə yetirən 35 yaşlı forvard ümumilikdə 12-ci dəfə fərqlənib.

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, vahid liderə çevrilib.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən Argentina - Fransa matçında "tanqoçular" öndədir - 2:0.

Son xəbərlər

Orphus sistemi