Lionel Messi Peleyə çatıb, Maldinini geridə qoyub
Dünya Çempionatı - 2022
- 18 dekabr, 2022
- 15:44
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleyə çatıb.
"Report" xəbər verir ki, Qətərdəki mundialda Fransaya qarşı keçirdikləri final matçında penaltini dəqiq yerinə yetirən 35 yaşlı forvard ümumilikdə 12-ci dəfə fərqlənib.
Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, vahid liderə çevrilib.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən Argentina - Fransa matçında "tanqoçular" öndədir - 2:0.
Son xəbərlər
16:30
EBRD-nin manatla buraxdığı istiqrazlara görə ilk faizlər ödəniləcək
Maliyyə16:27
ABŞ müharibə naziri İranı xəbərdar etdi: Razılaşmanı qəbul edin
Region16:25
Heqset: Yaxın günlər həlledici olacaq və İran bunu bilir
Digər ölkələr16:25
Azərbaycanın basketbol millisinin AVRO-2029-un ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub
Komanda16:21
Özbəkistan və Qazaxıstan XİN-ləri 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar
Region16:16
SEPAH: İran ordusunun Baş Qərargah rəisinin müşaviri öldürülüb
Region16:15
Bayram günlərində respublika yollarında baş verən qəzaların sayı açıqlanıb
Hadisə16:12
Video
Tatarıstanda zavodda partlayış olub, 1 nəfər ölüb, 50-yə yaxın yaralı var - YENİLƏNİB
Energetika16:11