İspaniya millisi dünya çempionatlarında 100-cü qolunu vurub

Dünya Çempionatı - 2022
  • 23 noyabr, 2022
  • 16:28
İspaniya millisi dünya çempionatlarında 100-cü qolunu vurub

İspaniya millisi dünya çempionatlarında 100-cü qolunu vurub.

"Report"un məlumatına görə, yubiley qoluna Kosta Rikaya qarşı E qrupunun ilk tur oyununda fərqlənən Dani Olmo imza atıb. 24 yaşlı yarımmüdafiəçi 11-ci dəqiqədə adını tabloya yazdırıb.

İspaniyalıların ilk qolunu 1934-cü ildə Jose İraraqorri Braziliya ilə matçda vurub.

Qeyd edək ki, hazırda İspaniya - Kosta Rika matçında ilk hissə oynanılır və hesab Avropa təmsilçisinin xeyrinədir - 2:0.

44 filmi