İngiltərəli futbolçunun yığmanın düşərgəsindən ayrılmasının səbəbi açıqlanıb
Dünya Çempionatı - 2022
- 09 dekabr, 2022
- 09:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Arsenal"ın futbolçusu Ben Uaytın Qətərdəki dünya çempionatı zamanı İngiltərə millisinin düşərgəsini tərk etməsinin səbəbi bəlli olub.
"Report" “Daily Star”a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi baş məşqçi Qaret Sautgeytin köməkçisi Stiv Hollandla münaqişə səbəbindən cəzalandırılıb.
İddiaya görə, onlar ABŞ-la qolsuz heç-heçə etdikləri qrup mərhələsi matçından əvvəl kollektivin önündə mübahisə ediblər. Daha sonra Uaytın turnirdə iştirakdan uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.
İngiltərə futbol Assosiasiyası futbolçunun şəxsi məsələlərə görə komandadan ayrıldığını bildirib.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Fransa yığması ilə üz-üzə gələcək.
Son xəbərlər
03:39
Türkiyə Monteneqro vətəndaşları üçün viza tələbini bərpa edib
Region
03:22
Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
Xarici siyasət
03:11
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
Digər ölkələr
02:42
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
Digər ölkələr
02:28
Gürcüstanda keçirilən "Beşiktaş" – "Hapoel" matçında baş verən qarşıdurmada 16 nəfər saxlanılıb
Region
02:00
UEFA Konfrans Liqasında IV turun oyunları keçirilib
Futbol
01:58
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
Futbol
01:35
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
Digər ölkələr
01:14
CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsinin cavab oyununda uduzub
Komanda