DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb
- 24 noyabr, 2022
- 14:55
Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.
"Report"un məlumatına görə, qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.
Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.
18:02
Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyununda 2-ci hissə başlayıb.
"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.
17:47
Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
17:00
Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
15:49
Qətərdə keçirilən dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino
Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
{{photo-small-left-1099389}}
{{photo-small-right-1099579}}