DÇ-2022: Portuqaliya və İngiltərə digər 1/4 finalçılardan daha çox qol vurub

DÇ-2022: Portuqaliya və İngiltərə digər 1/4 finalçılardan daha çox qol vurub Qətərdə keçirilən dünya çempionatında mübarizəni davam etdirən komandalar arasında ən çox qol vuranlar bəlli olub.
Dünya Çempionatı - 2022
9 Dekabr , 2022 14:38
DÇ-2022: Portuqaliya və İngiltərə digər 1/4 finalçılardan daha çox qol vurub

Qətərdə keçirilən dünya çempionatında mübarizəni davam etdirən komandalar arasında ən çox qol vuranlar bəlli olub.

"Report"un məlumatına görə, siyahının ilk pilləsində Portuqaliya və İngiltərə milliləri qərarlaşıblar.

Hər iki yığma 4 oyunda 12 qola imza atıb. Növbəti sıralarda Fransa (9), Niderland (8), Argentina, Braziliya (hər ikisi 7), Xorvatiya (5) və Mərakeş (4) yığmaları qərarlaşıblar.

Qeyd edək ki, bu gün 1/4 finalda Xorvatiya Braziliya ilə, Argentina isə Niderlandla üz-üzə gələcək. Dekabrın 10-da Portuqaliya Mərakeşlə, Fransa İngiltərə ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi